Abşeronda şəhid kapitan Hətəmxan Quliyevin il mərasimi keçirildi
Vətənimizin bütövlüyü uğrunda döyüşən kapitan Hətəmxan Quliyev Məti oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur. Bununla əlaqədar olaraq Abşeron rayonunun Saray qəsəbəsində şəhidimizin il mərasimi keçirilib. Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.