Səyyar Asan Xidmət Xırdalanda
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar 1 aprel 2014-cü il tarixindən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaqdır.
2014-cü dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Səyyar ASAN xidmət 2014-cü il 1-12 aprel tarixində Xırdalan şəhərində Abşeron rayonun sakinlərinə xidmət göstərəcəkdir.
Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi, vətəndaş məmnunluğuna nail olunması Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədidir.
Abşeron RİH müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xanım İradə Gülməmmədova bildirdi ki ,Səyyar xidmətlər dedikdə, şəxs qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla onun iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur.
Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.
Pilot layihə çərçivəsində Abşeron rayonu seçilib. Səyyar ASAN xidmətdə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi,sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı kimi xidmətlərdən yararlana bilərlər.