Abşeron rayonunda vətəndaşların tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam edir
Abşeron rayonunda vətəndaşların tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam edir.
Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən başlayaraq respublikamızın bütün bölgələrində olduğu kimi Abşeron rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam edir. Bununla əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlər kollektivlər və ərazilər nəzərə alınmaqla tərtib olunmuş xususi qrafiklər üzrə aparılır. Tibbi müayinənin mütəşəkkil qaydada keçirilməsi məqsədi ilə əvvəlcədən ciddi hazırlıq görülmüş, rayonun bütün kənd və qəsəbələrində olan tibb müəssisələrində lazımi şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları təşkil olunmuşdur.
Abşeron rayonu üzrə17 fevral 2014-cü il tarixdən 15 aprel 2014-cü il tarixə kimi planlaşdırılan 284028 nəfər əhalidən 204112 nəfər tibbi müayinədən keçmişdirki,buda Abşeron rayonunda məskunlaşmış əhalinin 71,8% -ni təşkil edir.Mayinədən keçən vətəndaşlara ambulator, stasionar müalicə təyin edilmişdir. Burada onlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunub, həkim göstərişinə uyğun olaraq müvafiq diaqnostik müayinələrdən keçirlər.
Ölkə başçısının verdiyi bu tapşırıq, əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Qeyd edək ki, rayonda əhalinin dispanserizasiyası may ayının 1-dək davam edəcək.