Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans
Bugün Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatı ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirmişdir.Konfrans "Heydər Əliyev - tarix yaradan şəxs" başlığı altında təşkil olunmuşdu.Konfransda Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova iştirak edirdi.
İlk sözü YAP Abşeron rayon Təşkilatının sədri Bilman Vəliyev deyərək, məclisi açıq elan etdi.O, öz növbəsində Ulu Öndərin həyat fəaliyyətindən, Azərbaycan və Azərbaycançılıq üçün gördüyü işlərdən danışaraq qeyd etdi ki, rəhbərlik etdiyi təşkilat tədbirlər planı hazırlayıb və bu tədbirlər planına əsasən 91 illik ərəfəsində bir çox tədbirlər həyata keçirilir.
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri , əməkdar müəllim Nadir Ağayev Heydər Əliyevi "Böyük tarixi şəxsiyyət" adlandıraraq onun Sovet Hakimiyyəti illərində heç nədən çəkinməyərək azərbaycanlılar üçün gördüyü işlərdən danışdı.
Abşeron rayon YAP Qadınlar Şurasının Sədri Təyyubə Hüseynova isə qeyd etdi ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.O , Heydər Əliyevi XX əsrin ən parlaq Siması adlandırdı.Heydə Əliyevin Azərbaycanın müstəqilliyini, dönməzliyini təmin etdiyini vurğuladı.
Tədbirin yekun sözünü xanım İradə Gülməmmədova söylədi.O , Ulu Öndər irsinin yaşadılmasının, onun nəsillərdən nəsillərə ötürülməsinin vacibliyini qeyd etdi.Bu yöndə aparılan işlər sırasında tam orta məktəblərdə XI sinif şagirdlərinə "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda aparılan seminarlardan danışdı.Heydər Əliyevin Azərbaycanı böhran vəziyyətindən necə çıxardığını, Azərbaycanı çiçəklənmə yoluna necə gətirdiyindən söhbət açdı.Həqiqətən bir tarix yaradan şəxsiyyətin- Heydər Əliyevin tarix var olduqca yaşayacağını vurğuladı.