Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalan şəhər 2 saylı uşaq bağçası əsaslı təmir olunur - başçı əraziyə gəldi

04 fevral 2021 | 16:00

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhər 2 saylı uşaq bağçasında həyata keçirilən təmir-bərpa işləri ilə yerindəcə tanış olmaq məqsədi ilə əraziyə gəlib. İcra Hakimiyyətinin başçısına bildirilib ki, Xırdalan şəhər 2 saylı uşaq bağçası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Belə ki, 1937-ci ildə 1 mərtəbəli məktəb binası kimi inşa edilən bina daha sonralar kitabxana kimi sakinlərin istifadəsinə verilib. 1960-cı ildən isə bağça binasına çevrilib. Hazırda 6 qruplu, 120 yerlik uşaq bağçası kimi fəaliyyət göstərir. Qeyd edilib ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb. Bu müddətdə bağçada əsaslı təmir işləri həyata keçirilib. Bağçanın tavanı və döşəməsi tamamilə dəyişdirilib, yeni su-kanalizasiya xətti çəkilib, isitmə sistemi yenidən qurulub. Elektrik xətləri, naqillər yeniləri ilə əvəzlənib. Bağçanın daxili qapıları dəyişdirilib. Yeni və böyük, daha rahat sanitar qovşaq inşa edilib. Bunanın fasadı və dam örtüyü təmir edilib. Uşaqlar üçün yeni söhbətgah qurulub. Təmir bərpa işlərinin 95 faizi başa çatdırılıb. Fevral ayının 15-ə bağça binası tam hazır vəziyyətinə gətirilərək pedaqoji kollektivin və Xırdalan sakinlərinin istifadəsinə veriləcək.
RİH başçısı həyata keçirilən işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması istiqamətində öz tapşırıqlarını verib.

Keçidlər