İradə Gülməmmədova Abşerondakı qazilərə könüllü tibbi xidmət göstərəcək həkimlərlə görüşdü
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri və qazilərin daimi olaraq diqqət mərkəzində saxlanılması üçün müxtəlif layihələr icra olunur. Onlardan biri də qazilərimizin və eləcə də şəhid ailələrinin öz evlərində tibbi müayinələrdən keçirilməsi, tibbi dəstəyin göstərilməsidir. Bununla əlaqədar olaraq RİH başçısı İradə Gülməmmədova ilə “Milan Hospital”ın direktor müavini Sənan Həsənov, fizioterapevt Əfsanə Sənəliyeva, nevroloq Məhnurə Məhərrəmova və RİH yanında fəaliyyət göstərən İctimai Şuranın bir neçə üzvü arasında görüş keçirilib. Görüşdə İ.Gülməmmədova qeyd edib ki, hər kəs vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borcludur. Şəhidlərimizin, qazilərimizin, ümumilikdə bütün hərbçilərimizin və Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi və doğru qərarları nəticəsində düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi. Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə uzaq düşdüyü dogma yurdlarına yenidən ayaq basdı. Ona görə də bütün imkanlardan istifadə edərək şəhid ailələrinə, qazilərimizə dövlətin diqqətini, qayğısını həyatın hər anında göstərməliyik.
“Milan Hospital”ın rəhbərliyinin və kollektivinin Abşeron ərazisində yaşayan qazilərimizə öz mənzillərində tibbi xidmətlərin göstərilməsini yüksək qiymətləndirən İ.Gülməmmədova onlara bu işdə uğurlar arzulayıb.
“Milan Hospital”ın drektor müavini S.Həsənov da bildirib ki, klinikanın drektoru Xuraman Muradovanın təşəbbüsü ilə həkim briqadaları rayon ərazisində yaşayan qazilərin evlərinə gedəcək, onları lazimi müayinələr edəcəklər. Vətən uğrunda gedən döyüşlərdə sağlamlığını itirən igidlərimizə ev şəraitində mümkün olan tibbi xidmətlər göstəriləcək, klinika tərəfindən onlar lazimi dəstəklə əhatə olunacaqlar.