Abşeronda 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə tədbir keçirilmişdir.
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə martın 7-də Abşeron rayonunda təntənəli bayram şənliyi keçirildi.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, İcra Hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınlar iştirak edirdi.Abşeron RİH-nin başçısı cənab Zakir Fərəcov qadınları bayram münasibətilə təbrik etdi. Ürək sözlərini söyləyərkən tarixə qısa ekskursiya edən İcra başçısı bildirdi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, cəmiyyət həyatına mütəmadi nüfuz etmiş, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlamışlar.
Z.Fərəcov çıxışında qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilmişdir. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu işlərinə cəlb olunmuşlar. Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
İcra başçısı sonda vurğuladı ki, respublikamızın hər yerində olduğu kimi, Abşeronda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək, bu gün rayonumuzda uğurla həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.Sonra Z.Fərəcov bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etdi.
Abşeron incəsənət ustalarının, bir qurup tanınmış musiqiçilərin ifa etdikləri şən, oynaq musiqi nömrələri şənliyi daha da rövnəqləndirdi.
Şirniyyat stolu arxasında keçən şənlik hamıya gözəl ovqat, sevinc duyğuları bəxş etdi.