Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronlular "Xocalı Soyqırım"ını yad etdilər

27 fevral 2014 | 16:00

     Xocalı faciəsinin 22-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da geniş şəkildə qeyd olunur.

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta, orta ixtisas və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilmişdir.
Faciənin dəhşətini gənc nəslə anlatmaq üçün rayonun mədəniyyət müəssisələrində faciənin 22-ci ildönümünə həsr olunmuş silsilə anım gecələri, foto və rəsm sərgiləri keçirilmiş, hadisə şahidləri ilə görüşlər təşkil olunmuşdur. Tədbirlər proqramı çərçivəsində fevralın 25-i rayonun orta, orta ixtisas və ali məktəblərində ilk dərslər "Xocalı Soyqırım"ına həsr olunmuşdur.

    Faciənin 22-ci  ildönümü ərəfəsində Xocalı şəhərindən köçkün düşərək Abşeron rayonuda müvəqqəti meskunlaşmış bir qurup yaxınlarını itirmiş ailələrin nümayəndələri ilə görüşlər də keçirilmişdir.Tədbirlər proqramının davamı olaraq bu gün Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xırdalan şəhər mədəniyyət evində "Xocalı Soyqırım"ına həsr olunmuş geniş anım mərasimi kecirilmişdir.Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuş, daha sonra "Xocalı Soyqırım"ını əks etdirən, Çingiz Mustafayev tərəfindən çəkilmiş Xocalı həqiqətlərini əks etdirən sənədli filim nümayiş etdirilmişdir.Sonda Abşeron rayon mədəniyyət evinin işciləri tərəfindən hazırlanmış, "Xocalı Soyqırım"ına həsr olunmuş bədii kompozisyalı səhnəcik nümayiş etirilmişdir.

 

Keçidlər