Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalan şəhərində yeni uşaq bağçası-körpələr evi istifadəyə verilmişdir

13 fevral 2014 | 16:00

Bu gün Xırdalan şəhərində yeni uşaq bağçası-körpələr evi istifadəyə verilmişdir. Bağça 2 mərtəbəli, 6 qurupluq,120 yerlikdir. Həmçinin bağçada məktəbəqədər hazırlıq kursları da fəaliyyət göstərəcək.

Son illər respublikamızda, o cümlədən Abşeron rayonunda aparılan möhtəşəm quruculuq, abadlıq işləri ümummilli lider Heydər Əliyevin siyasətinin uğurlu davamıdır. İlham Əliyevin balanslı siyasətinin nəticəsidir ki, istər siyasi, istər iqtisadi, istərsə də mədəmi-humanitar sahələrdə əldə olunan nəticələr dünya birliyi tərəfindən qəbul edilir, alqışlanır. 


Ölkəmizdəki əmin-amanlıq, sabitlik, insanların maddi rifahının durmadan artması, respublikanın simasının ağla sığmayan dərəcədə dəyişməsi, yeni binaların, körpülərin, otellərin inşa edilməsi Prezdentimizin gərgin əməyinin, qayğısının nəticəsidir.  Neft kapitalından insan kapitalını daha dəyərli sayan Prezidentimiz, onun xanımı Yuneskonun xoşməramlı səfiri, H.Əliyev fondunun Prezidenti çox hörmətli Mehriban xanımın təşəbbüsü ilə respublikamızda neçə neçə yeni məktəblər, bağçalar inşa edildi, köhnələr yenidən quruldu, bərpa olundu. Yeri gəlmişkən bu işlərə öz əvəzedilməz töhfəsini verən Abşeron rayon icra hakimiyyətinin başçısının, onun nəzarətində olan struktur bölmələrin gördüyü işləri yada salmağı da lazım bilirəm.


İcra hakimiyyətinin daxili imkanları hesabına inşa edilən bağça, mədəniyyət evi, yeni məktəb binası bu işlərin parlaq sübutudur. Abşeron rayonunun gündən-günə çiçəklənməsi, yeni Avropa standartlarına uyğun inşa edilən yaşayış massivlərinin, təmir edilən və tikilən məktəb və bağçalar İcra başçısının rayona, onun əhalisinə xüsusi qayğısından xəbər verir. Məhs bu gün də qapılarını Abşeron rayonunun, balaca körpə fidanlarına açan 24 saylı körpələr evi-uşaq baxçası da dediklərimizə parlaq numunədir.

 

 

 

 

Keçidlər