Abşeron rayonunda 20 yanvar faciəsinin 24-cü ildönümü qeyd edilmişdir.
Bu gün respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda "Şəhidlər" abidə kompleksi önündə “20 Yanvar” faciəsinin 24-cü ildönümü qeyd edilmişdir. Minlərlə Abşeronlu şəhidlərimizi anmaq üçün əllərində qərənfil buraya yığışmışdılar.Tədbirdə RİH başçısı cənab Zakir Fərəcov, RİH başçısı Aparatın şöbə müdirləri, Rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər, müəllimlər iştirak edirdi.İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükütla anıldı.Daha sonra rayon mədəniyyət şöbəsinin əməkdaşları tərəfindən səhnələşdirilmiş kompozisya təqdim olundu.Mərasim, rayon ictimaiyyətinin nümayəndələrinin "Şəhidlər" abidə kompleksi önünə tər çiçəklər düzməsi ilə yekunlaşdı.