Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron Rayon İcra Hakimiyyətinin Abşeronlular üçün təşkil etdiyi möhtəşəm yeni il tədbiri

28 dekabr 2013 | 16:00

    Bu gün Abşeron rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə 31 dekabr Dünya Azərbaycanlılarının "Həmrəylik Günü" və "Yeni İl" bayramına həsr olunmuş musiqili konsert proqramı keçirilmişdi. Tədbiri giriş sözü ilə açan rayon rəhbəri cənab Zakir Fərəcov Abşeronluları qarşıdan gələn həmrəylik günü və yeni il münasibəti ilə səmimi qəlbdən təbrik etdi.Rayon rəhbəri çıxışında bildirdi ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli təqvimimizə 22 il əvvəl tarixi bir bayram kimi həkk edilmişdir.

   Rayon rəhbəri bildirdi ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz Ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu barədə xüsusi qərar qəbul etmiş, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Beləliklə, Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olmuşdur. Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Ali Məclisinin qərarını qəbul etmişdir. 2001-ci ildə isə Prezident Heydər Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsi yaradılmış və dünya azərbaycanlılarının ilk tarixi qurultayı keçirilmişdir. Ulu öndərin dünya azərbaycanlılarını həmrəyliyə çağırmaq, dünya azərbaycanlılarını birləşdirmək kimi tarixi bir missiyanın müəllifinə çevrildiyini qeyd edən rayon rəhbəri həmin tarixi missiyanın bu gün Prezident cənab İlham Əliyev tərəfindən də uğurla həyata keçirildiyini vurğulamışdır: “Son illər bu sahədə görülən işlər Dünya azərbaycanlılarının bir-birinə daha da yaxınlaşmasına, doğmalaşmasına səbəb olmuşdur. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Bu yaxınlaşma Azərbaycan xalqının tarixində növbəti bir mərhələnin başlanmasına səbəb olmuşdur.”

Onuda qeyd edək ki, rayon rəhbəri cənab Zakir Fərəcov məcburi köçkün ailəsindən olan, rayon ərazisində məskunlaşan, gənc muğam infaçısına tədbir zamanı 2 otaqlı mənzil hədiyyə etdi.Daha sonra musiqili konsert proqramı birsıra tanınmış muğam ustaları və mədəniyyət xadimlərinin ifaları ilə davam etdi.Musiqili konsert proqramı bitikdən sonra qonaqlara ziyafət süfrəsi açıldı.
Xatırladaq ki, rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına təşkil edilmiş ziyafət süfrəsi 400 nəfər üçün nəzərdə tutulmuşdu. Sonda tədbir iştirakçılarının iştirakı ilə möhtəşəm atəşfəşanlıq oldu.

 

Keçidlər