Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı

07 iyul 2020 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri bu gün Xırdalan şəhəri də daxil olmaqla bir neçə kənd və qəsəbəni gəzərək Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə - təbliğat işlərini aparıb. Qeyd edək ki, bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqlara uyğun şəkildə reallaşdırılıb.

RİH başçısı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində, eləcə də küçə və prospektlərdə sakinlərlə söhbətləşib, maarifləndirmə işləri aparıb, onlara koronavirus (COVİD-19) pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum təmasda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.

Keçidlər