Şriftin ölçüsü :

Saytın rəngi :

Strateji obyektlərimiz ən yüksək səviyyədə qorunur

27 iyun 2020 | 16:00

Azərbaycanda 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur

Bu gün Azərbaycan silahlı qüvvələri regionun ən güclü ordularından birinə çevrilib. Bunun da əsas səbəbi respublikamızda ordu quruculuğuna xüsusi önəm verilməsidir. Heç şübhə doğurmur ki, bu sahədə əldə edilən nailiyyətlər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki hələ sovet dönəmi zamanı ulu öndər ölkəmizdə orduquruculuğu istiqamətində çox mühüm addımlar atmışdı. Buna əsas kimi deyə bilərik ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Müasir Azərbaycan ordusunun bünövrəsi qoyulub. Ordu quruculuğu istiqamətində görülən işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Qoyulmuş möhkəm təməl üzərində inkişaf  yolu keçən Azərbaycan ordusu hazırda özünün gücü, əzmi, döyüş ruhu ilə öncüllər  sırasındadır.
Hazırda da ordumuzun inkişafı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməkdədir. Cənab Prezident İlham Əliyevin göstərdiyi diqqət, qayğı nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlaması üçün əsaslı təminatdır. Sözsüz ki, ölkəmizin iqtisadi uğurları silahlı birləşmələrinə də sirayət edir, onun maddi-texniki bazasının gücləndirilməsinə gətirib çıxardır.

Döyüşə hər an hazır ol!

Azərbaycan müharibə şəraitində olduğu üçün daim ordunun inkişafına diqqət yetirməli, onun psixoloji durumunun yüksəldilməsi həyata keçirilməli və yeni-yeni silahların alınmasına vəasait ayrılmalıdır.Silahlı qüvvələrimiz “Döyüşə hər an hazır ol!”prinsipinə uyğun formada qurulmalıdır. Məhz bu ideya daim bizi düşündürməlidir. Cənab Prezidentin fəaliyyətində də ordu quruculuğu birinci yerdədir. Çünki ökəmizin müharibə şəraitində olması ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifələr sırasında durmalıdır. Bunun nəticəsidir ki, ölkəmizdə hərbi xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. İndi yeni, müasir binalarda fəaliyyət göstərən hərbiçilərin sosial məsələlər tamamilə aradan qaldırılıb.

1700 zabitə mənzil verilib, ilin sonuna qədər daha 419 hərbçiyə ev veriləcək

Ölkəmizdə ordu quruculuğu bir neçə istiqamət üzrə aparılır. Bu istiqamətlərə təkcə yeni hərbi hissələrin tikilməsi, müasir silahların alınması, maddi-texniki bazanın gücləndirilməsi  deyil, eyni zamanda hərbçilərin sosial rifahının yaxşılaşdırılması da daxildir. Ona görə də şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur.Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. O cümlədən hərbçilərin əmək haqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.  Sözsüz ki, həyata keçirilən bütün bu kimi tədbirlər şəxsi heyətin daha yaxşı xidmət aparmasına dəlalət edir. Hərbçilərin gündəlik məişət problemlərinin, sosial qayğılarının tamamilə həll olunması, üstəlik bir çox sosial məsələlərdə (aşağı faizli kredit və sairə) onlara əlavə üstünlüklərin, imtiyazların verilməsi ruh yüksəkliyini artıran amillərdəndir. 

Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır

Ölkəmizdə ordu quruculuğunda aparılan islahatlar, ona ayrılan diqqət və qayğı nəticəsində silahlı birləşmələrimiz artıq dünya üzrə özünə yüksək mövqelər qət etmişdir. Məhz görülən işlərin, həyata keçirilən məqsədyönlü siyasətin sayəsində bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Bu fikirləri dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsidq edir. Üstəlik ölkəmiz təkcə regionda deyil,  bütün dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Respublikamızın iqtisadi gücü öz ordusunu nəinki yaxşı səviyyədə saxlamağa, eyni zamanda onu günü-gündən inkişaf etdirməyə imkan verir.
Bu gün dünyanın beynəlxalq müstəvisinə nəzər yetirdikdə orada güc amilinin ön plana çıxdığını müşahidə edə bilərik.Təəssüf ki, beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Beynəlxalq hüquq, insan haqları bir çox məqamlarda güclünün xeyrinə dəyişir. Beynəlxalq hüquqlardan özünün məqsədləri üçün istifadə edən güclər əzələ nümayiş etdirməkdən də çəkinmirlər. Ona görə də ölkəmizin gücləndirilməsi istiqamətində addığı addımlar qaçılmızdır. Respublikamızın günü-gündən güclənməsi də beynəlxalq arenada özünü buruzə verməkdədir. Və bir incə məqamı xüsusi qeyd etmək lazımdır. Azərbaycan bütün bu naliyyətləri hər hansı bir ölkənin, beynəlxalq gücün, birliyin köməyi olmadan, öz hesabına əldə edib. “Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı” – deyən Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində bu məsələlərə bir daha diqqət çəkmiş vəbundan sonra da ordumuzun inkişaf etdiriləcəyini vurğulamışdır.

Strateji obyektlərimiz mühafizə altındadır

Cənab Prezident İlham Əliyevin nitqindəki xüsusi məqamlardan biri də Azərbaycanın strateji obyektlərinin  mühafizə altında olması, onların hava hücumlarından qorunması ilə bağlı dedikləridir. Hazırda strateji obyektlərimizin ən yüksək səviyyədə qorunduğunu önə çəkən dövlət başçısının sözlərinə görə, bu gün hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir.Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Buda bizim böyük potensialımızdır.  Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Dövlət başçısının nitqindən o da anlaşılır ki, Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim nəzarətimizdədirsə, deməli baş verən prosesləri müşahidə edə və lazım olan məqamda istinilən müdaxiləni etmək iqtidarındayıq.

Azərbaycan hərbi təlabatın mühüm hissəsini özü istehsal edir

Bu gün Azərbaycan hərbi sənayesi böyük bir yolun astanasındadır. Sənayemizin inkişafı sayəsində hazırda ordumuz üçün silah-sursatın əhəmiyyətli hissəsini özümüz istehsal edirik. Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində bu məsələlərdən də danışaraq bildirib ki, 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyətin verilməli olduğunu söyləyən dövlət başçısının sözlərinə görə, ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. “Bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb.Gənclərimiz bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi”.
Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hərkəs bilməlidir. Şuşanın işğalı böyük faciəidi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.

Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək

Prezident İlham Əliyev ordumuzun döyüş qabiliyyətinin artırılmasının əsas şərtlərdən biri olduğunu qeyd edərək bu istiqamətdə də bütün lazımi addımların atıldığını vurğulayıb. Onun sözlərinə görə, həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir. “Münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq” – deyən dövlət başçısı bildirib ki,  işğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır.“Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək”.
Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir və diktaturadan ibarət olduğunu vurğulayan Prezident İlham Əliyevəlavə edib ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. “Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur”.

ATƏT-in qeyri-obyektivliyi və ikili standartı

Avropa Şurası, ATƏT Ermənistandakı diktatura rejiminə səssiz qalır. Mənfur düşmənlərimizin atdığı qeyri-insani hərəkətlərinə göz yumur. Əslində Ermənistan hökümətinin həyata keçirdiyi işğalçılıq siyasətinə və eləcə də orada baş verən qeyri-qanuni proseslərə göz yummağın özü elə onları dəstəkləmıək deməkdir. Ermənistan hökumətinin antidemokratik rejiminə qarşı, Avropa Şurası və ATƏT səslərini çıxarmırlar. Görünən odur ki, bu kimi təsisatlar  beynəlxalq hüququ, insan hüquqları deyil, özlərinin maraqlarını düşünür və bu maraqlar çərçivəsində addımlar atırlar.
Hazırda Ermənistanın inkişaf perspektivləri yoxdur. Bu ölkədə diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur. Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Bu hal dövlətin müxtəlif sferalarına sirayət edib. Ona görə də orada insanlar araslında narazılığın səviyyəsi günü gündən artır. İş o yerə çatıb ki,Ermənistanda qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Yüksək ranqlı bir ailənin belə bir addım atması, sözsüz ki, rəsmi İrəvanın korrupsiyanı dəstəkləməsindən xəbər verir. Ona görə də bu ölkədə kriminal dairələrin miqyası günü gündən genişlənir.
Bu günə qədər ermənilərin qəhrəman adlandırdıqlarına nəzər yetirsən, onların hamısının cinayətkar, prezidentlərinin isə rüşvətxorolduğunugörərik.Bunu biz yox, elə ermənilər özləri bildirir. İndiki Ermənistan hakimiyyəti bütün bunları özü açdı. İndi bütün dünya bir daha ermənistan hakimiyyətlərinin iç üzünü bildi. 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. “Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi” – deyən cənab Prezident əlavə edib ki, onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir.

Keçidlər