Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Abşeron Müalicə Diaqnostika Mərkəzində son tamamlanma işləri ilə tanış olmuşdur
Xıralan şəhərində inşa edilən Abşeron Müalicə Diaqnostika Mərkəzində son tamamlanma işləri aparılır. Həyata keçirilən işlərlə tanış olmaq məqsədi ilə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əraziyə baş çəkib.
Burada rayon rəhbərinə məlumat verərək bildirilib ki, Diaqnostika Mərkəzinin ümumi ərazisi 17 000 kvadratmetr, tikinti altına düşən hissəsi isə 6300 kvadratmertdir. 3 mərtəbəli və 145 çarpayılıq olan xəstəxana kompleksində 2 əməliyyat bloku, 1 reanimasiya, cərrahiyyə, doğum, ginekologiya, pediatriya, dializ və inzibati şöbələr, diaqnostika, laboratoriya, poliklinika, təcili tibbi yardım fəaliyyət göstərəcək. Artıq işin 70 faizi görülüb.
Bu xəstəxananın müasir avadanlıqlarla təchiz edilməklə tezliklə istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda isə xəstəxananın yerləşdiyi ərazidə abadlıq-quruculuq işləri davam etdirilir.