Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova Məmmədli kənd sakinləri ilə görüşdü.

24 yanvar 2020 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın rayonun Məmmədli kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində lazimi addımların atılması olduğunu vurğulayan İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını bildirib. Qeyd edilib ki, ötən müddət ərzində kəndin yeni yaşayış massivlərində məskunlaşmış əhaliyə kommunal xidmətlərin daha da yaxşı göstərilməsi istiqamətinə böyük işlər görülüb. Sakinlər fasiləsiz elektrik enerjisi, mavi yanacaq və içməli su ilə təmin edilib, kəndin daxili yollarının abadlaşdırılması həyata keçirilib.

Sonra Abşeron RİH başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şiraslan Həsənov hesabat xarakterli çıxış edərək görülən işlər, həyata keçirilən abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat verib.

Bundan sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Qeyd ediblər ki, ötən görüşlər zamanı qaldırılan problemlər tamamilə həll olunub. Çıxışçılar kəndin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində, küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Keçidlər