Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin əziz xatirəsİ Abşeron rayonunda ehtiramla yad olundu

13 dekabr 2013 | 16:00

Bu gün ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin nurlu xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirildi. Anım günü ilə əlaqədar keçirilən tədbirin iştirakçıları  öncə ümummilli liderimizin abidəsi önünə tər gül dəstələri qoyaraq onun nurlu şəxsiyyətinə hörmət və ehtiramlarını ifadə etdilər.Rayon icra hakimiyyətinin, eləcə də idarə və təşkilat rəhbərliklərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə ümummilli liderin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Anım günündə, həmçinin ümummilli liderin xatirəsinə həsr olunmuş ehsan süfrəsi açıldı, ruhuna dualar oxundu.

 

 

Keçidlər