İradə Gülməmmədova Pirəkəşkül kənd sakinləri ilə növbəti dəfə görüşdü
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Pirəkəşkül kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.
Görüşdən əvvəl Pirəkəşkül kənd orta məktəbin ərazisində şəhid Elçin Süleymanovun xatirəsinə ucaldılan abidəsi önünə tər çiçəklər düzülüb, Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayonun kənd və qəsəbələrində böyük problemlərin olmadığını, orataya çıxan yerli əhəmiyyətli məsələlərin də həll olunduğunu vurğulayan Abşeron RİH başçısı İ.Gülməmmədova Pirəkəşkül kəndində əhalinin artımı ilə əlaqədar təbii olaraq bəzi təlabatların meydana gəldiyini və onların da aradan qaldırılması istiqamətində lazimi tədbirlərin görüldüyünü qeyd edib. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, eləcə də kənd və qəsəbələrdəki küçə və prospektlərə asfalt örtüyünün çəkilməsi istiqamətində işlərin aparıldığını qeyd edən icra başçısı verilən sərəncamlara görə rayon ictimaiyyəti adından dövlət başçısına təşəkkürlərini bildirib.
Pirəkəşkül sakinlərinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini ilə bağlı addımların atıldığını deyib.
Sonra kənd sakinləri telefon xəttlərinin çəkilməsində, verilən elektrik enerjisinin gücünün artırılmasına, yeni salınan məhəllələrdə daxili yolların abadlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.