İradə Gülməmmədova Mehdiabad qəsəbəsinin təmir olunacaq küçələrinə baxış keçirdi
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyev yanvarın 9-da “Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən Mehdiabad qəsəbəsinin təmir olunacaq küçələrinə baxış keçirib.
Həmin ərazidə yaşayan sakinlərlə görüşən icra başçısı vətəndaşlarla səmimi söhbət apararaq, onların problemləri ilə yaxından tanış olub və müəyyən məsələlərin operativ həlli üçün aidiyyatı məsul şəxslərə müvafiq tapşırıqlar verib.
Xanım başçı qeyd edib ki, Sərəncama əsasən Mehdiabad qəsəbəsinin Qara Qarayev, Cəfər Cabarlı, Əhməd Cavad və Çingiz Mustafayev küçələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən yenidən əsaslı şəkildə qurulacaq .