Abşeronda Dünya Azərbaycanlılarının Həmrəylik Günü, rayonunun yaradılmasının 55 illik yubileyi və Yeni il bayramı qeyd olunub
Abşeron rayonunun yaradılmasının 55 illik yubileyi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Xırdalanda bayram tədbiri keçirilib
Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində önçə məktəblilərin rayonunun 55 illik yubileyinə həsr etdikləri rəsm sərgisi və əl işlərinə baxış keçirilib.
Dövlət himnin səsləndirilməsi ilə başlanan tədbirdə Abşeronun 55 illik tarixini özündə əks etdirən “Abşeron 55” sənədli filminə baxılıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əlamətdar günlər münasibətilə abşeronluları təbrik edərək, regionların sosial-iqtisadi inkişafından, quruculuq və abadlıq işlərinin Abşeron rayonunda da sürətlə aparılmasından danışıb.
İcra Hakimiyyətinin başçısı Həmrəylik Gününün yaranma tarixindən və onun əhəmiyyətindən, bununla bağlı ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ümummilli Liderin şəxsi təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb.
Bildirilib ki, dünya Azərbaycanlılarını uca amalları uğrunda mübarizədə vahid yumruq kimi görmək istəyən Ümummilli Liderimiz soydaşlarımıza dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər zaman tarixi vətənlərinə sədaqətlə xidmət etməyi tövsiyə edib.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə daha da gücləndiyi vurğulanıb.
Bayram şənliyində respublikanın tanınmış incəsənət ustalarının ifasında mahnılar səsləndirilib.
Toplantıda rayonunun yaradılmasının 55 illik yubileyi münasibəti ilə keçirilmiş müsabiqədə yer tutmuş məktəblilər və elmi-pedaqоji təcrübəsi və fəaliyyəti ilə fərqlənən müəllimlər rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və qiymətli hədiyələr ilə təltif ediliblər.
Tədbir iştirakçılarına bayram süfrəsi açılıb.
Sonda Xırdalan şəhərində Heydər Əliyevin adını daşıyan parkda atəşfəşanlıq olub.