RİH Başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi
03 dekabr 2018 | 16:00
Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova hər həftə olduğu kimi, bu həftə də növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirib.
Rayon İcra Hakimiyyətində baş tutan qəbulda bir qrup rayon sakininin müraciəti dinlənilib.
Müraciət edən 4 nəfərin qaldırdığı məsələ yerindəcə araşdırılıb və həll olunur. İcra hakimiyyətinin səlahiyyətlərinə daxil olmayan müraciətlər barəsində isə aidiyyatı qurumlar qarşısında məsələnin qaldırılması istiqamətində tapşırıqlar verilib.