Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Beynəlxalq Əlillər Günü qeyd olunub

03 dekabr 2018 | 16:00

3 Dekabrın - Beynəlxalq Əlillər Günüdür. Bu münasibətlə Abşeronda da tədbir keçirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova fiziki məhdudiyyətli vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışan İ.Gülməmmədova onların dövlət tərəfindən mənzil və avtomobillə təmin olunduğunu xatırladıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanda Beynəlxalq Əlillər Günü rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunmağa başlanmışdır. Bu gün cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara diqqət və qayğı göstərən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq bu kateqoriyalardan olan insanların müavinətləri artırılır, onların sosial problemləri həll edilir, mənzil şəraiti daha da yaxşılaşdırılır. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da əlillər diqqət və qayğı ilə əhatə olunmuşdur.

Tədbirdə çıxış edən “Qarabağ qaziləri” ambutant futbol fedarasiyasının sədir müavini, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, Çernobıl Əlilləri Cəmiyyətinin Abşeron rayon filialının sədri Rövşən Qədəşov bildiriblər ki, Azərbaycan MDB məkanında əlillərə pulsuz mənzilin verildiyi yeganə dövlətdir. Artıq respublikamızda əlillərin müalicə pansionatı fəaliyyət göstərir, tam reabilitasiya sistemi qurulub, əlillərin sosial müdafiəsini daha səmərəli təşkil etmək məqsədilə hüquqi baza təkmilləşdirilib.

Bayram ovqatı ilə keçən tədbirdə rayon Mədəniyyət Mərkəzinin incəsənət ustalarının ifaları dinlənilib .

Sonda fiziki məhdudiyyətli insanlara hədiyyələr təqdim edilib

Keçidlər