Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda təhsil işçilərinin peşə bayramı qeyd olunmuşdur

06 oktyabr 2013 | 15:00

Abşeron Rayon İcra Hakimiyyətinin  və Abşeron rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Abşeron  RİH-in başçısı  Zakir Fərəcov  -Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil işçilərini təbrik etmiş, onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulamışdır. Bildirilmişdir ki, müəllimlərin peşə bayramı ilə bağlı ilk qərar 1966-cı il oktyabrın 5-də UNESCO təşkilatı tərəfindən bu sahədə çalışanların statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd kimi qəbul edilmişdir. Ölkəmizdə isə bu gün 1993-cü ildən qeyd olunur.

Daha sonra Təhsil şöbəsinin müdiri  Nadir Ağayev çıxış edərək hazırda dövlətimiz tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə əldə olunmuş nailiyyətlərdən danışmış, qarşıda duran vəzifələrdən söhbət açmışdır.

Sonda mərasimdə iştirak edən  bir qrup təhsil işçisi RİH başçısının fəxri fərmanları ilə təltif olunmuşdur.

 

Keçidlər