Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH-nin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası keçirildi

11 dekabr 2018 | 16:00

Bu gün Abşeron rayonunun Məmmədli kəndində növbəti kütləvi ağacəkmə aksiyası keçirilib. Abşeron rayonunun yaranmasının 55 illik yubileyinə həsr olunmuş aksiyada kəndin daxili və magistral avtommmobil yollarının ətrafı təmizlənib, abadlıq işləri aparılıb. Abşeron RİH-inin və kənd bələdiyyəsinin təşkilatçılığı ilə düzənlənən aksiyada İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun fəal gəncləri və kənd sakinlər iştirak ediblər. İştirakçılar tərəfindən yolların hər iki tərəfində quyular qazılıb və ümumilikdə sayı 3000 ədəd olan müxtəlif növ həmişəyaşıl ağac və xan çinarları əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.

Rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edən İradə Gülməmmədova bildirib ki, bu ağacəkmə aksiyalarının keçirilməsində əsas məqsəd ərazidə yaşıllıq zolaqlarının sayının artırılması, ətraf mühitin sağlamlaşdırılması, avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılmasını təmin etməkdir.

Məlumat üçün bildirək ki, cari il ərzində Abşeron rayonunda dəfələrlə kütləvi ağacəkmə aksiyaları keçirilib. Belə ki, Abşeron rayonunda yaşıllaşdırma işləri çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhəri, Hökməli –Qobu, Novxanı-Binəqədi, Digah - Mehdiabad, Bakı-Şamaxı və Bakı Sumqayıt avtomobil yolunun Abşeron rayon ərazisindən keçən hissələrində təkcə bu il ərzində 20 min alyandr,15 min xan çinarı, 12 min şam ağacı, 6 min zeytun, 8 min isə meyvə ağacları əkilib. Ümumilikdə isə cari ildə rayonun kənd və qəsəbələrində 61 min ağac və gül kolları əkilib.

Keçidlər