Şriftin ölçüsü :

Saytın rəngi :

Ceyranbatanda “nümunəvi məhəllə” yaradıldı – RİH Başçısı əhali ilə ərazini gəzdi

08 dekabr 2018 | 16:00

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində “nümunəvi məhəllə” yaradılaraq sakinlərin istifadəsinə verilib. Qəsəbədə aparılan işlərlə yerində tanış olmaq məqsədi ilə Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova əraziyə gələrək sakinlərlə görüşüb. Sakinlərlə birgə ərazini gəzən icra başçısına görülən işlər barəsində məlumat verilib.
Bildirilib ki, binaların həyətinin abadlaşdırılması, nümunəvi məhəllələrin salınması sakinlərin böyük sevincinə səbəb olub. İllərlə baxımsız vəziyyətdə qalan ərazinin abadlaşması, ətrafda səliqə-səhmanın yaradılması, binaların dam örtüyünün və fasadının yenidən qurulması sakinlər tərəfindən müsbət qarşılanıb.

Qey edilib ki, müxtəlif şəxslər tərəfindən özbaşına zəbt edilmiş ərazilərdə müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, ətraf hasar və çəpərlərdən azad edilib, təmizlik işləri aparılıb, qurumuş və küləkli havalarda təhlükə yarada bilən ağaclar budanıb. Aparılan işlər çərcivəsində qəsəbənin 20 Yanvar küçəsi 1A, Təbrik küçəsində isə 1, 3, 5 saylı beşmərtəbəli yaşayış binalarının dam örtüyü, fasadı, pilləkən qəfəsəsi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Belə ki, adıçəkilən binaların dam örtükləri vurulub, plastik dam və blok pəncərələri qoyulub, bloka metal qapı quraşdırılıb, suvaq təzələnib və rənglənib. Habelə, binaların fasadına hissəsinə ağlay üzlük vurulub, pilləkən meydançalarına metlax döşənib.
Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı ilə Təbrik küçəsi 1,3,5 saylı və Gündüz Abdullayev küçəsi 28 saylı beşmərtəbəli binalarının zirzəmilərinin subaması ilə əlaqədar kanalizasiya xətləri təmir olunub, 300 mm diametrli 360 metr uzunluğunda xətlər çəkilərək istifadəyə verilib. Əraziyə 340 kubmetr həcmdə çınqıl əsası tökülüb, kipləşdirilib. Daha sonra sözügedən binaların həyətinində 4000 kv.m yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa 220 paqon metr uzunluğunda bardür düzülüb. Burada oturacaqlar, köşklər quraşdırılıb, uşaqlar üçün əyləncə meydançaları tikilib. Hazırda Ceyranbatan qəsəbəsi Seymur Quliyev küçəsində 1 və 2 saylı üç mərtəbəli çoxmənzilli yaşayış binasının pilləkən qəfəsəsi də təmir olunur.

Sonra icra başçısı qəsəbə sakinləri ilə görüşüb. Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova çıxışında son illərdə rayonda görülən işlərdən danışıb.

Bildirib ki, Abşeron rayonu qədim ənənələrə, qədim köklərə malik bir rayondur. Bu gün 500 min nəfərdən artıq əhalisi olan Abşeron rayonu həm kənd təsərrüfatı rayonu kimi, həm də sənaye rayonu kimi inkişaf edir və öz əhalisinə xidmət göstərir. Rayonun istər təhsil, istər səhiyyə, istər mədəniyyət sahəsində, istərsə də digər sahələrdə infrastruktur sürətlə inkişaf edir, böyük quruculuq işləri aparılır. Bütün bu işlər cənab prezidentin göstərişi əsasında həyata keçirilir.

Xanım başçı çıxışında onuda vurğulayıb ki, son illər ərzində Abşeron rayonunda qaz, su, kanalizasiya xətləri və elektrik enerjisi təminatının yaxşılaşdırılması istiqamətində böyük işlərin görülüb. Bu gün də həmin layihələrin davam etdirildiyini bildirən İ.Gülməmmədova rayonda həyata keçirilən layihələr haqqında sakinlərə məlumat verib.

Görüşdə ərazidə yaşayan bina sakinləri burada yaşayan 300-ə yaxın ailə adından çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Abşeron rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Çıxış edən sakinlər nümunəvi məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırıblar.

Qeyd edək ki, Ceyranbatan qəsəbəsində bundan öncə də 6 beşmərtəbəli yaşayış binasının dam örtüyü yenidən qurulub.

Keçidlər