Şriftin ölçüsü :

Saytın rəngi :

RİH Başçısının Novxanı kənd sakinləri ilə səyyar qəbulu keçirilib

07 dekabr 2018 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovanın rayonun Novxanı kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Kənd və qəsəbələrdə yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədova səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.

Abşeronda son illər həyata keçirilən quruculuq-abadlıq işlərindən danışan başça Novxanı kəndində bağça və məktəbin tikilərək istifadəyə verildiyini diqqətə çatdırıb.

Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını qeyd edib.

Daha sonra Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev çıxış edərək qəsəbədə görülən quruculuq və abadlıq işləri barədə ətraflı məlumat verib.

Qəbula gələn sakinlər keçən görüşdən sonra Novxanıda abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı əhalinin təbii qazla fasiləsiz təmin olunmasına və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran xanım İradə Gülməmmədova əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Keçidlər