Şriftin ölçüsü :

Saytın rəngi :

RİH Başçısı növbəti dəfə vətəndaşları fərdi qaydada qəbul edib

10 dekabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Abşeron Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Abşeron RİH başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlərlə yanaşı, Rayon İcra Hakimiyyətində də vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunur.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vətəndaşları ərizələrinə əsasən fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

10.12.2018-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin geniş iştirakı ilə vətəndaşların qəbulunu keçirib.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 7 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər məsələlər barədə olub.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Keçidlər