Şriftin ölçüsü :

Saytın rəngi :

RİH Başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi

19 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Abşeron Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova hər həftə olduğu kimi, bu həftə də növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirib.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədovun da iştirak etdiyi qəbulda bir qrup rayon sakininin müraciəti dinlənilib. Müraciət edən sakinlərin qaldırdığı məsələ yerindəcə araşdırılıb və həll olunur.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Keçidlər