Şriftin ölçüsü :

Saytın rəngi :

RİH Başçısı Ceyranbatan qəsəbə sakinləri ilə səyyar qəbulu keçirdi

28 sentyabr 2018 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədovanın rayonun Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Vətəndaşlarla görüşən xanım başçı, qəsəbə sakinləri ilə bir neçə dəfə görüşdüyünü və bu zaman əhali tərəfindən qaldırılan məsələlərin ötən müddət ərzində həll olunduğunu bildirib. Bundan sonra da rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə mütəmadi olaraq səyyar qəbulların keçiriləcəyini vurğulayan başçı təşkil edilən görüşlərin məqsədinin yerlərdə meydana çıxan problemlərin öyrənilməsi və onların həlli istiqamətində addımlar atmaq olduğunu söyləyib.

Sonra Ceyranbatan qəsəbə bələdiyyəsinin sədri Cavanşir Zeynalov hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri işlər, həyata keçirdikləri abadlıq-quruculuq işləri haqqında məlumat verdi.

Daha sonra sakinlər keçən görüşdən sonra qəsəbədə böyük abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildirdilər.

Bununla yanaşı qəsəbədə yeni salınan məhəllələrə nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsində, qəsəbədaxili yolların abadlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər. Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Keçidlər