Şriftin ölçüsü :

Saytın rəngi :

RİH Başçısı bu məktəbdə oldu, dərslərin gedişatı ilə maraqlandı - FOTOLAR

28 sentyabr 2018 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də təhsil sahəsidir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını elə ilk gündən hiss edirlər. İcra başçısının mütəmadi olaraq təhsil müəssisələrinə baş çəkməsi, müəllim və şagirdlərlə görüş keçirməsi, təhsilin vəziyyəti ilə daim maraqlanması bunun bariz nümunəsidir.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə olub, burada müəllim və şagirdlərlə görüşüb.

Məktəbin direktoru Çinarə Atayeva təhsil ocağında görülən işlərlə bağlı məlumat verib. O, bildirib ki, buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn sinifləri ən müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Məktəbdə müasir istilik və işıqlandırma sistemlərinin qurulduğunu, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işlərinin görüldüyünü vurğulayan drektor şagirdlərin hazırlıq səviyyəsindən və tədris prosesi haqda məlumat verib.

Sonra İ.Gülməmmədova dərslərin gedişatı ilə maraqlanıb, sinif otaqlarında yaradılmış şəraitlə tanış olub.

Keçidlər