Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda ilin birinci yarısının yekunları müzakirə olunmuşdur

27 iyul 2013 | 15:00

İyulun 26-də Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir. Yığıncaqda cari ilin altı ayı ərzində rayonun sosial-iqtisadi inkişafının nəticələri təhlil edilmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

İclası açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov respublikamızın sürətli inkişafının bu rayondan da yan keçmədiyini bildirmişdir. Vurğulanmışdır ki, ilin birinci yarısında rayonda sənaye məhsulunun ümumi həcmi 6 faiz artaraq 56 milyon 900 min manata, nəqliyyat sektorunda yük daşınması 14 faiz artaraq 568 min tona, pərakəndə əmtəə dövriyyəsi 5  faiz artaraq 118,1 milyon manata, əhaliyə göstərilən pullu xidmətlər isə 60 faiz artaraq  34,7 milyon manata çatmışdır. Hesabat dövründə rayounun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 267 milyon 400 min manat investisiya yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə  çoxdur.

İclasda çıxış edən rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri tikinti, kənd təsərrüfatı, yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi, küçə və yolların abadlaşdırılması, yaşayış məntəqələrinin, xüsusilə Xırdalan şəhərinin müasirləşməsi istiqamətində görülən işlər haqqında geniş məlumat vermişlər. Bildirilmişdir ki, əhalinin su, işıq və təbii qazla təminatı da diqqət mərkəzində saxlanılmış, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.

İclasın sonunda Azərbaycan Prezidentinə müraciət qəbul olunmuşdur. 

Keçidlər