Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda müharibə əlillərinə, veteranlara və şəhid ailələrinə qurban əti paylanılıb

21 avqust 2018 | 16:00

Dünya müsəlmanlarının sevinclə gözlədikləri və böyük təmtəraqla qeyd etdikləri müqəddəs Qurban Bayramı hər il olduğu kimi bu il də Abşeron rayonunda geniş şəkildə qeyd olunur.

Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları rayon rəhbəri İradə Gülməmmədovanın adından müsəlman aləminin müqəddəs Qurban bayramı münasibət ilə Xırdalanda məskunlaşmış bir qrup aztəminatlı , əlil və şəhid ailəsini, həmçinin Əfqanıstan və Qarabağ müharibəsi veteranlarını, Çernobıl əlillərini, qaçqın və məcburi köçkünləri təbrik edib, onlara bayram sovqatı təqdim ediblər.

İctimai birliklərin və Veteran təşkilatlarının nümayəndələri çıxış edərək bayram münasibəti ilə göstərilən yardımlara görə rayon rəhbəri İradə Gülməmmədovaya öz minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, Qurban Bayramı ilə əlaqədar Abşeron rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 5000-dən çox ailəyə qurban payları təqdim ediləcək.

Keçidlər