Abşeronda imkansız ailələrə qurban payları verildi
22 avqust 2018 | 16:00
Abşeron rayonunda Qurban bayramı münasibətilə Qurban payları şəhid ailələri, Qarabağ və Çernobıl əlilləri, Əfqanıstan veteranları, kimsəsiz, az təminatlı ailələrlə yanaşı rayonun abadlaşdırılmasında yaxından iştirak edən Abşeron rayon İxtisaslaşdırılmış Təmir-Abadlıq İdarəsinin 150-yə yaxın işçisinədə verilib.
Rayon rəhbəri xanım İradə Gülməmmədovanın adından idarənin əməkdaşlarını saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik edən Şəhriyar Əhmədov onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulayıb.
İdarənin əməkdaşlarıda göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.