Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda yaradılan nümunəvi məhəllələrin sayı artır

30 iyul 2018 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə icrasına başlanılan “Nümunəvi məhəllə” layihəsi çərçivəsində abadlıq-quruculuq işləri yüksək templə davam etdirilir.

Məqsəd rayon ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, evləri, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu təmin etməkdir.

Xırdalan şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində qanunsuz çəpərləmələrdən, yöndəmsiz köşklərdən, məhəllələrin daxilində uşaq meydançalarının və sakinlərin istirahət üçün nəzərdə tutulmuş yerlərdə səliqəsiz formada tikilmiş fərdi qarajlardan azad olunan ərazilərin siması bu gün dəyişməkdədir. Təmizlənən ərazilərin yerində istirahət guşələri, uşaq meydançaları, kölgəliklər yaradılır.

Hazırda bu iş 27-ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə Abşeron Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılır. Bu ünvanlarda yeni layihə əsasında istirahət mərkəzi, uşaq əyləncə kompleksi yaradılır.

Keçidlər