Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin nümayəndə heyəti xanım başçısı ilə görüşdü

02 avqust 2018 | 16:00

Abşeron rayon İcra Hakimiyyətində baş tutan görüşdə Türkiyənin Şanlıurfa Büyükşehir bələdiyyəsinin sədri Nihat Çiftçi, Malatyanın Baqqalqazi bələdiyyəsinin sədri Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin sədri Hamit Özpolat, “Duru Tv” nin baş müdiri Mehmet Canbek və millət vəkili Qənirə Paşayeva iştirak edib.

Ümummilli lider Heydər Əliyevin “Bir bir millət, iki dövlət” fikrini xatırladan İcra Başçısı, Azəbaycanla Türkiyəni bir-birinə bağlayan tarixi bağların olduğunu vurğulayıb.

İki ölkə arasında olan dost və qardaş münasibətlərdən söz açan xanım başçı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri günü-gündən inkişaf edir və iki qardaş ölkə tarixi layihələrə imza atır. Bursa şəhərinin Yıldırım bələdiyyəsi ilə Abşeron rayonu arasında imzalanmış qardaşlıq protokolu da bizim keçmişdən bəri var olan qardaşlıq münasibətlərimizi daha da artırır. “Qapalı Qaya” massivində salınan Heydər Əliyev parkı da qardaşlığımızın Bursadakı bariz nümunəsidir.

Rayon rəhbəri qonaqlara Abşeron rayonu haqqında və Abşeron RİH-in fəaliyyəti barədə də ətraflı məlumat verib.

Abşeronun Azərbaycanın iki böyük şəhərinə - Bakı və Sumqayıta ən yaxın ərazidə yerləşdiyini, rayonda 500 mindən çox sakinin yaşadığını qeyd edən İ.Gülməmmədova Abşeronun biri şəhər olmaqla 15 kənd və qəsəbədən ibarət olduğunu qeyd edərək rayonun həm kənd təsərrüfatı, həm də sənaye mərkəzi kimi inkişaf etdiyini qonaqların diqqətinə çatdırıb. Abşeronun mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı, tanınmış şəxsiyyətləri barədə geniş məlumat verən başçı rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri, istehsal sahələri barəsində danışıb.

İ.Gülməmmədova vurğulayıb ki, son illər ərzində Abşeron rayonu özünün intibah dövrünü yaşayıb. Bu illər ərzində Xırdalanın şəhər statusunun almasını, ümumilli liderin adını daşıyan parkda füsünkar görnüşü ilə hər kəsi heyran qoyan Heydər Əliyev Mərkəzinin inşasını, möhtəsəm Şahmat və Musiqi məktəblərin tikilərək istifadəyə verilməsini və bu kimi sosial layihələrin rayon ərazisində həyata keçirilməsini qeyd edən İcra Hakimiyyətinin başçısı bildirib ki, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən lazimi tədbirlər görülür.

Xanım başçı qonaqlara dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin sosial müdafiəsinin təmin olunması, onların cəmiyyətdəki digər həmyaşıdları kimi həyatda özlərini layiqli şəkildə doğrulda bilmələrinə hərtərəfli imkan yaradılması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib.

Bildirilib ki,dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısı və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü nəticəsində yaradılıb: “Abşeron rayonundakı Masazır qəsəbəsindəki Müəssisədəki üç çoxmənzilli yaşayış binasında bu günədək 200-dən çox gənc mənzillə təmin edilib. Onların əksər hissəsi burada yeni mənzillə təmin edildikdən sonra ailə qurub. İ.Gülməmmədova qeyd edib ki, hazırda müəssisə üçün dördüncü yaşayış binasının tikintisi də tamamlanıb və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.

Xırdalan şəhərinin su kanalizasiya infrastrukturunun yenidən qurulduğunu qonaqların diqqətinə catdıran İ.Gülməmmədova vurğulayıb ki, Xırdalan şəhərinin gələcək perespektivi də nəzərə alınmaqla 200 min nəfər əhali üçün hesablanmış bu layihədə Xırdalanın bütün su kanalizasiya sistemi yenilənəcək.

iki ölkə arasındakı əlaqələrin bütün istiqamətlərdə uğurla və inkişaf edən templə davam etdiyini diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bildirib ki, Türkiyədəki əvvəlki tədbirlərdə Şanlıurfada Azərbaycan bulvarı və Qarabağ parkının istifadəyə verilməsi ilə bağlı təklif etmişdik. Çox sağ olsun, Türkiyə tərəfi bu məsləyə biganə qalmadı. Azərbaycan Bulvarı artıq istifadəyə verildi. Qarabağ parkı isə oktyabr ayında təhvil veriləcək.

Görüşdə dil, din və mədəniyyət birliyinə diqqət çəkən Malatyanın Baqqalqazi bələdiyyəsinin sədri Səlahəddin Gürkan isə çıxışında qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır. Bələdiyyə sədri çıxışında onuda əlavə edib ki, Baqqalqazinin ən böyük məhəllələrindən biri də məhz Qarabağlılar məhəlləsidir.

Daha sonra Şanlıurfa Büyükşehir bələdiyyə başqanı Nihat Çiftçi çıxış edərək Abşeronda olmasından məmnunluq duyduğunu, iki ölkə arasındakı əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Nihat Çiftçi bu səfəri zamanı Şanlıurfaya qardaş Azərbaycan şəhəri seçəcəklərini də qeyd edib: “İki ölkə arasında tarixi-mədəni çox bənzərliklər var. İnanıram ki, Şanlıurfaya qardaş bir şəhər də tapa biləcəyik”.

Görüşdə iki qardaş ölkə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə edilib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Keçidlər