Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronlular Milli Qurtuluş Gününü coşğu ilə qarşıladılar

16 iyun 2013 | 15:00

Muasir və müstəqil dövlətçiliyimizin formalaşmasında ən mühüm əhəmiyyətə malik hadisələrdən biri, heç şübhəsiz, Milli Qurtuluş Günüdür. 1993-cü ilin 15 iyun tarixi yaxın keçmişimizin işıqlı səhifələrindən biridir. Çünki həmin tarix ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikaya rəhbərlik etməyə başlamasının və ölkəni nicat yoluna çıxarmasının başlanğıc günüdür. Artıq neçə illərdir ki, xalqımız iftixar hissi ilə bu əlamətdar tarixi günü bayram kimi qeyd edir.

Abşeron rayonunun sakinləri də Milli Qurtuluş Gününü ənənəvi olaraq yüksək əhval-ruhiyyədə, necə deyərlər, ürəkləri istəyən şəkildə qarşılayırlar. Bu dəfə də belə oldu. Havanın kəskin şəkildə isti keçməsinə baxmayaraq, abşeronlular sevimli istirahət məkanlarına – Heydər parkına yığışaraq burada təşkil olunmuş təntənəli bayram şənliyində iştirak etməyə tələsirdilər. Hətta bəziləri təbii çətirin – ağacların yaşıl yarpaqlarının altında öz yerlərini rahatlamağa macal da tapmışdılar. Tədbirə maraq o qədər çox idi ki, günəşin qızmar istisi də əngəl yaratmırdı.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və rayonun digər rəhbər şəxsləri ulu öndərin abidəsi önünə tər güllər düzdükdən sonra tədbir rəsmən başlayır. Bir-birini əvəz edən maraqlı musiqilər, rəqs nümunələri, rayonun mədəniyyət kollektivlərinin çıxışları tamaşaçıların ürəyindən xəbər verir. Bəs necə, abşeronlulara da yaraşan elə budur: dövlətçiliyimizin qorunmasında və inkişafında xüsusi rolu olan Milli Qurtuluş Gününü məhz bu cür – yüksək əhval-ruhiyyə və coşğu ilə qarşılamaq.

 

 

Keçidlər