Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova Digah kəndində vətəndaşları fərdi qaydada qəbul etdi.

03 avqust 2018 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Digah kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Qəbulda kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər.

Sakinlər keçən görüşdən sonra Digah kəndində böyük abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı kəndin yeni salınmış məhəlləsinə kanalizasya xəttinin çəkilməsini, Digah kənd tam orta məktəbinin əsaslı şəkildə təmir olunmasını, Mehdiabad-Digah yolunda piyada zolağı və surət həddini ehtiva edən yol nişanlarının qoyulmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını qeyd edib.

Məlumat üçün bildirək ki, ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 11 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.

Keçidlər