Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib.

29 iyun 2018 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumilikdə 500 nəfərin iştirak etdiyi növbəti ümumrayon iməciliyi keçirilib. İməcilik əsasən Bakı-Sumqayıt magistral yolunun rayon ərazisindən keçən hissəsinin kənarlarında keçirilib.

Həmin yolun ətrafında abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin davam etdirilməsi məqsədilə rayon icra hakimiyyətinin məsul əməkdaşları artıq aidiyyəti qurumları cəlb etməklə təxirəsalınmaz tədbirlərin görülməsinə başlamışdır.

Hazırda aparılan abadlıq işləri çərçivəsində yolun kənarında yerləşən, memarlıq standartlarına uyğun gəlməyən və qəzalı vəziyyətdə olan təsərrüfat obyektlərinin təmir-bərpa işləri həyata keçirilir.

İməcilikdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılır, quru ağaclar təmizlənir, çoxillik güllərə qulluq göstərilir, əkilən güllərin alağı təmizlənir, suvarılır, parklar quru ot və alaqlardan təmizlənir, ərazidə olan çəmənliklərə gübrə verilir. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri həyata keçirilib.

İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Keçidlər