Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman naziri Azad Rəhimov Abşeron rayonunda vətəndaşları qəbul edib

05 iyul 2018 | 16:00

Gənclər və idman naziri Azad Rəhimov iyulun 5-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhərinin və Abşeron, Xızı, Şamaxı, Qobustan rayonlarının sakinlərini qəbul edib.

Əvvəlcə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və Azad Rəhimov Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüblər.

Qəbulda ümumilikdə 20-yə yaxın sakinin müraciətləri dinlənilib. Gənclər sahəsinə aid müraciətlər əsasən, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi və fəaliyyəti məsələləri ilə bağlı olub.

İdman sahəsi üzrə isə fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqla təminatı, yeni Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. məsələlərlə bağlı müraciətlər edilib.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər