Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olundu

05 iyun 2018 | 16:00

Bu gün su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramını qeyd edir. Prezident İlham Əliyevin 14 may 2014-cü ildə imzaladığı Sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilib. Bu münasibətlə Meliorasiya və Su Təsərrüfatı ASC-nın Samur-Abşeron Kanalı İstismar İdarəsinin akt zalında tədbir keçirildi.

Əvvəlçə Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kollektivə ünvanladığı təbrik məktubu oxundu.

Tədbiri giriş nitqi ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quliyev əvvəlcə 5 iyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə bu sahədə çalışanları Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovanın adından səmimi qəlbdən təbrik etdi.

Bildirdi ki, xalqın tələbi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Mövcud meliorasiya potensialından səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu Öndərin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına yönəlmiş siyasəti indi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir..

Daha sonra çıxış edən «Azmelsutəsərrüfat» ASC-nin "Su anbarları və hidroqovşaqların istismarı" sektorunun müdiri Elxan Hüseynov yığıncaq iştirakçılarını təbrik etdi, meliorasiya və su təsərrüfatının inkişafına yönəldilən iri layihələrin uğurla həyata keçirilməsindən danışdı.

Dövlət başçısının Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Meliorasiya və Su Təsərrüfatı ASC-nın Samur-Abşeron Kanalı İstismar İdarəsinin rəisi Zakir Rüstəmov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə kollektiv adından dərin minnətdarlığını bildirdi.

Tədbirin sonunda səmərəli fəaliyyətinə görə bir qrup meliorasiya və su təsərrüfatı işçisinə fəxri fərmanlar təqdim olundu və xatirə şəkili çəkdirildi.

Abşeron Suvarma sistemləri idarəsində də meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olundu.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quliyev rayonun su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik etdi. O bildirdi ki, su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir. Azərbaycanın su təsərrüfatı sektorunun böyük tarixi yol keçdiyini xatırladan İ.Quliyev bu sahədə çoxminli işçi ordusunun formalaşdığını diqqətə çatdırdı.

Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov, idarənin əməkdaşı Atakişi Əliyev və digərləri çıxış edərək rayonda suvarma suyu ilə bağlı həyata keçirilən tədbirlərdən danışdı, bu sahəyə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Səmərəli fəaliyyətinə görə bir qrup meliorasiya və su təsərrüfatı işçisinə Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu.

 

Keçidlər