Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olundu

01 iyun 2018 | 16:00

Bu gün Abşeron rayonunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub. Xırdalan şəhərindəki Mədəniyyət Evində baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun təhsil ocaqlarının müəllimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvə xanım  İradə Gülməmmədova Abşeron rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrindən olan istedadların əl işləri ilə tanış olub, onların çəkdikləri rəsmlərə tamaşa edib, müəllifləri ilə söhbətləşib.

Uşaqlar qarşısında çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Məhz ümummilli liderin tapşırıq və tövsiyələrindən sonra uşaqlarımızın problemlərinin həlli, onların sosial təlabatlarının qarşılanması, təhsil-tərbiyə və asudə vaxtlarının səmərəli təşkili həyata keçirildi. Həmin siyasətiin cənab Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini, uşaqlarımızın müdafisəi istiqamətdə çox mühüm sənədlərin imzalandığını, müxtəlif layihələrin həyata keçiridiyini vurğulayan başçı söyləyib ki, gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün hazırda dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür. “Bu tədbirlər müasir körpələr evi-uşaq bağçalarının tikintisini, həmçinin mövcudlarının əsaslı şəkildə yenidən qurulmasını əhatə edir. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Abşeron rayonunda da körpələr evi-uşaq bağçaları, məktəblər, olimpiya kompleksinin inşası da bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu müəssisələrdəki otaqlarda balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, rayonumuzda uşaqların asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətləri üçün də hərtərəfli şərait mövcuddur”.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan danışan başçı qeyd edib ki, bu diqqət və qayğının hər bir uşaq öz gündəlik həyatında hiss etməkdədir. “Əziz balalar, sizə baxanda mən gələcəyimizi işıqlı, günəşli görürəm. Qoy aləmə bala səsi, gülüşü yayılsın. Siz gülün ki, cümlə-cahan da gülsün. Bayramınız mübarək”.

Daha sonra istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirilib.

Sonda Respublika və rayon tədbirlərində fərqlənən uşaqlara fəxri fərmanlar təqdim edilib,uşaqlara Rayon İcra Hakimiyyəti başçısının adından hədiyyələr verilib.

Keçidlər