Şriftin ölçüsü :

Saytın rəngi :

RIH Başçısı Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib

18 may 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Abşeron rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir. Rayon İcra Hakimiyyətində keçirilən qəbullarla yanaşı, RİH Başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər də əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük önəm daşıyır.

RİH başçısı xanım İradə Gülməmmədovanın sakinlərlə növbəti səyyar görüşü mayın 18-də Pirəkəşkül kəndində keçirilib. Toplantıda RİH başçısı xanım  İradə Gülməmmədova, İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, Pirəkəşkül kəndinin İcra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

Qəbuldan öncə Abşeron rayon İcra Hakimiyyətinin başçı xanım İradə Gülməmmədova kəndin “İxlas ” məscidində yaradılan şəraitlə tanış olub.

Bu məscidin 2009-cu ildən fəaliyyət göstərdiyini deyən dini ibadətgahın axundu bundan sonra da məscidin insanlara xidmət edəcəyini vurğulayıb.Məscidin binasında yaranmış vəziyyətlə yerində tanış olan rayon rəhbərliyi binanın təmir olunması, həyətində səliqə-sahman yaradılması barədə göstəriş verib. İ.Gülməmmədova bildirib ki, Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib. Həm ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafı diqqət mərkəzində saxlanılıb. Son bir neçə ildə rayonda onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib.

Sonra Abşeron RİH başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Pirəkəşkül kənd orta məktəbin ərazisində şəhid Elçin Süleymanovun xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidəsi önünə tər çiçəklər düzüb, Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən xanım İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, səyyar qəbulların bundan sonra da davam edəcəyini vurğulayıb. Bu görüşlərin məqsədinin ortaya çıxan problemlərlə yerlərdə tanış olmaq, araşdırmaq və onların həlli istiqamətində addımlar atmaq olduğunu bildirən başçı daha sonar Abşeronda son illər həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda 50 yaxın bağça və məktəbin tikilərək istifadəyə verildiyini, kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini ilə bağlı mühüm addımların atıldığını bildirib.

Abşeronun bütün kənd və qəsəbələrində olduğu kimi, Pirəkəşkül kəndində də əhali sayının artdığını, ona görə də müəyyən təlabatların yarandığını, onların da qarşılanması üçün lazimi tədbirlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova kənddə ən vacib məsələlərdən olan su probleminin artıq həll olduğunu söyləyib.

Abşeron RİH başçısının Pirəkeşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elməddin Firidov, Pirəkeşkül bələdiyyəsinin sədri Qəndaf Orucova hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Daha sonra kənd sakinlərindən Elnur Rzayev, Samir Əzizov, Sahil Əzimov, Zabit Soltanov,Zərəngül ƏliyevaMarif Qədimov, Rafiq Əliyev, Əlizaman Şükürov və digərləri digərləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin əhəmiyyətini vurğulayıb, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna köməklik etdiyini bildiriblər.

Abşeron rayonunda, eləcə də Pirəkəşkül kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edən sakinlər yeni salınan məhəllələrdə daxili yolların abadlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul-görüşü yekunlaşdıran İradə Gülməmmədova ölkə başçısının Abşerona və abşeronlulara olan diqqət və qayğısından danışıb, rayonda görülməsi planlaşdırılan işlərdən bəhs edib.

Keçidlər