Şriftin ölçüsü :

Saytın rəngi :

RİH Başçısı Aşağı Güzdək qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib

11 may 2018 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovanın rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə RİH Başçısının İradə Gülməmmədova, İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, Güzdək qəsəbəsinin icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədova səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Rayon rəhbəri ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb.

Abşeron RİH başçısının Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Şükürov, Aşağı Güzdək bələdiyyəsinin sədri Mahuzər Şirəliyeva hesabat xarakterli çıxış edərək son altı ayda gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Bildiilib ki, bundan əvvəlki görüşdə müraciət etmiş vətəndaşların müraciətlərinə baxılmış və qanunamüvafiq qaydada həll olunub. 1 nəfər imkansız sakinin-Kəmalə Kazımovanın evinin damının örtülməsinə rayon icra hakimiyyətinin daxili imkanları hesabına köməklik göstərilib.

Uşaq bağçasında içməli su problemini həll etmək məqsədi ilə 700 metr məsafədən şollar suyu xətti çəkilib. Əhalinin su probleminin həlli məqsədi ilə yüksək kilovatlıq su nasosu təmir etdirilərək əhalinin istifadəsinə verilib.

Qəsəbənin məhəllə daxili yollarına 100 maşına yaxın çınqıl və kərpic qırıntısı tökülüb.Yol kənarlarının yaşıllaşdırılması məqsədi ilə 550 ədəd zeytun, 800 ədəd şam, çinar və digər ağaclar əkilib. Qəsəbənin mərkəzi asfalt yolu təmir edilib.

Bələdiyyənin arxasında yerləşən 10 illərdən bəri yığılmış hektarlarla ərazini əhatə edən çirkab su gölü əhalinin evlərinə təhlükə yaratmaqla bərabər infeksiya mənbəyinə çevrilmişdir. Vətəndaşların çoxsaylı şikayətini nəzərə alaraq orada topoqrafik mühəndis işləri aparılmış, problemin həlli yollarının texniki hesabatı hazırlanmışdır. Bu həftənin axırı gölün qurudulması üçün işə başlanacaq.

Məktəblə-bağça arasında yerləşən küçədə meydançalar yaradılmış və həmin meydançalarda "Yeni Güzdək" adlı layihənin hazırlıq işləri aparılır.
Meydançalar təmizlənir, ərazinin topoqrafik layihəsi mühəndislər tərəfindən hazırlanır. "Yeni Güzdək" layihəsində nəzərdə tutulan sosial obyektlərin və parkların landşaft və eksteryer görünüşləri dizaynerlər tərəfindən işlənilir. Orada istirahət parkı, yeni poliklinika, idman zalı, akt zalı, elektron kitabxana, bazar və sair digər sosial yönümlü obyektlərin tikintisi nəzərdə tutulur.

Daha sonra qəsəbə sakinlərindən Solmaz Qarayeva, Təzəgül Qurbanova, Zülfinaz Şəfiyeva, Rəhilə Ədilova, Pərvanə Cabbarova, Sahib Osmanov, Kəmalə Kazımova və digərləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən qaldırılan problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər.

Ötən görüşlərdən sonra qəsəbədə böyük genişmiqyaslı abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu bildiriblər.Buna görə öz təşəkkürlərini bildirən sakinlər qəsəbədə yeni salınan məhəllələrin su ilə fasiləsiz təmin olunmasında, qəsəbədə mərasim evi və idman kompleksinin tikilməsində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

 

 

Keçidlər