Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 9 May Qələbə Günü qeyd edilib

09 may 2018 | 16:00

Abşeron rayonunda faşizm üzərində qələbənin 73 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilib.

9 May Qələbə bayramının iştirakçıları əvvəlcə Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin Novxanı kəndində abidəsi önünə gül dəstələri düzüb xatirəsini anıblar.

Sonra tədbir Xırdalan şəhərinin mərkəzində müharibə qurbanlarının xatirəsinə ucaldılmış “Ana abidəsi” kompleksi qarşısında davam etdirilib.

”Əbədi məşəl” önünə əklil və güllər düzülüb.

Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova Böyük vətən müharibəsi iştirakçıları ilə görüşərək onları bayram münasibətilə təbrik edib.

Tədbirdə çıxış edənlər müharibə illərində Azərbaycanın ön cəhbəni yanacaq, silah, ərzaq, geyimlə təmin etdiyini, Sovet ordusunun, demək olar ki, bütün hərbi texnikası məhz Bakı nefti ilə işlədiyini, azərbaycanlıların döyüşlərdə qəhrəmanlıq göstərib, qələbənin qazanılmasında böyük şücaət göstərdiklərini bildiriblər. Qeyd edilib ki, cəbhədən qayıtmayanların siyahısında Abşeron rayonunun 136 sakininin də adı vardır. Onlardan ikisi – Mehdi Hüseynzadə və Mikayıl Ələkbərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.

1941-45-ci illər müharibəsinin veteranları çıxış edərək ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə diqqət və qayğının bərpa olunduğunu minnətdarlıqla xatırlayıblar.

Sonra müharibənin ağrılı acılı günlərini xatırladan ədəbi bədii kompazisiya nümayiş olunub.

Qələbə bayramında milli ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, hərbi orkestrin müşayəti ilə Xırdalan şəhərinin mərkəzi küçələri boyunca hərəkət ediblər.

Parad abşeronlularda böyük ruh yüksəkliyi yaradıb.

Tədbirin sonunda müharibə dövrünü, cəbhəni xatırladan hərbi-səhra çadırları qurulub və iştirakçılara əsgər yeməkləri paylanılıb.

Keçidlər