Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd edildi

28 mart 2018 | 16:00

28 mart 2018-ci il tarixdə Abşeron rayonunda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, DTX-nin Abşeron rayon şöbəsinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etdi.

İştirakçılar əvvəlcə Heydər Əliyev parkında Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoydu, əziz xatirəsi yad edildi.

Dövlət Təhlükəsizlik Xidməti Abşeron rayon şöbəsinin rəisi Əfqan Həsənəliyev xüsusi xidmət orqanlarının yaradılmasının tarixi ilə bağlı məruzə etdi. Ölkəmizin hərtərəfli inkişafı üçün ictimai-siyasi sabitliyin əsas amillərdən biri olduğunu deyən Ə.Həsənəliyev dövlət təhlükəsizliyi orqanlarının bu sahədə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini vurğuladı.

Toplantıda rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova respublikamızın Dövlət Təhlükəsizliyi Xidməti orqanlarını, o cümlədən rayon şöbəsinin bütün əməkdaşlarını peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik etdi və onlara cansağlığı, çətin və şərəfli işlərində yeni-yeni uğurlar arzuladı. Bildirdi ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət təhlükəsizlik istiqamətində də layiqli şəkildə davam etdirilməkdədir.

Rayon rəhbəri bildirdi ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikamızda dövlət təhlükəsizliyinin qorunması istiqamətində atılan uğurlu addımların nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib. Bu yönümdə əsas qarant olan sabitlik və təhlükəsizliyin etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır.

Abşeron Rayon Polis şöbəsinin rəisi Şəhriyar Şəmşirli, rayon prokuroru Rahib Seyidov, Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımov və başqaları çıxış edərək təbriklərini söylədilər.

İradə Gülməmmədova sonda DTX Abşeron rayon şöbəsinin bir qrup əməkdaşına RİH-nin Fəxri fərmanlarını və hədiyyələrini təqdim etdi.

Keçidlər