Şriftin ölçüsü :

Saytın rəngi :

AMEA əməkdaşları üçün tikiləcək yaşayış kompleksinin təməli qoyulub

09 mart 2018 | 16:00

Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (Science City) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

 

 Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova , AMEA prezidenti, akademik Akif Əlizadə, Təhsil Nazirinin müavini Firudin Qurbanov,  və başqa şəxslər iştirak ediblər.


A. Əlizadə bildirib ki, yaşayış kompleksi alimlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə akademiyaya məxsus torpaq sahəsində inşa ediləcək. O, akademiya əməkdaşlarının sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində saxlanıldığını deyib.

Mərasimdə layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumilikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur. 1,2,3 otaqlı mənzillərin müasir dizaynda tikilməsi planlaşdırılır.


Yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlər də olacaq. Mənzillərin sayı 1928 ədəddir. Yaşayış kompleksinin 2 il müddətində təhvil verilməsi nəzərdə tutulub.

Keçidlər