Səyyar “ASAN xidmət” Xırdalanda
Abşeron rayonunda qeydiyyatda olan sakinlər növbəti dəfə səyyar “ASAN xidmət”in fəaliyyətindən yararlana bilərlər. Belə ki, səyyar “ASAN xidmət” fevralın 1-dən bir ay müddətində Xırdalan şəhərində fəaliyyət göstərəcək.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Abşeron rayonunun sakinlərinə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi üzrə xidmətlər təklif olunur.
Səyyar Xidmət Məntəqəsi: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 247 (Mədəniyyət Evinin qarşısı)Məntəqədə olma müddəti: 01.02.2018 - 02.03.2018, 30-gün