Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüşüb

19 yanvar 2018 | 16:00

           Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hər il olduğu kimi bu ildə, Abşeron RİH-də 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilib.

Öncə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Toplantıda çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub. Keçmiş Sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar:


           “Ümummilli liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməyib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar”.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edilib.

Yığıncaqda çıxış edən şəhid ailələri üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşdə həmçinin şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanılıb, bir çox sualların həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.

Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib.

Keçidlər