Şriftin ölçüsü :

Saytın rəngi :

“Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisi yaşıllaşdırılır.

25 dekabr 2017 | 16:00

Bu gün ulu öndər Heydər Əliyevin ekoloji siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da ətraf mühitin mühafizəsinə mühüm önəm verilir. Rayonda davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunur. Növbəti ağacəkmə kampaniyası Məmmədli və Digah kəndlərindən “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğuna gedən yolun sağ və sol hissəsində keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan bu aksiyada müvafiq təmizləmə (rekultivasiya) işləri aparılıb. Məhəmmədi-Digah avtomobil yolunun ərazisində 200-dən yuxarı kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilmiş, ətraf sahələr məişət tullantılarından təmizlənmiş, texnika ilə hamarlanmışdır.

Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması, mühafizəsi və onlara mütəmadi olaraq qulluq göstərilməsi üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Yol kənarında təmizlik, abadlıq işləri aparılmışdır.

Rayon Icra Hakimiyyəti rəhbərliyinin dəstəyi ilə rayonun bütün kənd və qəsəbələrində vaxtaşırı ağacəkmə kampaniyası keçirilir, təmizlik və abadlıq işləri aparılır. Son vaxtlar rayonda 10 mindən çox ağac əkilmişdir.

Keçidlər