Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlərin vəziyyəti müzakirə olunub

19 dekabr 2017 | 16:00

Abşeron rayonunda qış mövsümünə hazırlıqla əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısının yanında Şuranın iclası keçirilib.

 

Şura iclasında RİH başçısı xanım  İradə Gülməmmədova, Rayon İcra Hakimiyyətinin başçının müavinləri, Aparatın şöbə müdirləri, inzibati sahə dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, MKTB, kommunal xidmətlərinin rəhbərləri, müəssisə rəhbərləri və fəal gənclər iştirak ediblər.

Şura iclasını açıq elan edən xanım İ.Gülməmmədova gündəlikdə duran məsələlər, qış mövsümünə hazırlığın nəticələri ilə əlaqədar Abşeron rayonunda görülən işlər və görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verib.

Daha sonra qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlərin vəziyyəti ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev məruzə ilə çıxış edib.

Bildirildi ki, elektrik təchizatının yaxşılaşdırılması ilə bağlı cari ildə Qobu qəsəbəsində yeni 110 kv-lıq yarımstansiya inşa edilmiş, çıxışlar verilərək Qobu və Hökməli qəsəbələrinin elektrik təsərrüfatının artıq bu yarımstansiyalara qoşulmaları təmin edilmişdir. Bundan əlavə Güzdək qəsəbəsinin elektrik enerjisi ilə təchizatının Qaradağ rayonunun elektrik təsərrüfatından ayrılması üçün qəsəbə ərazisində Paylayıcı qurğu inşa olunmuş, hazırda avadanlıqlar quraşdırılması və Qobu yarımstansiyasına birləşmə verilməsi üçün xətt çəkilişi işləri həyata keçirilir. Qobustan kəndində olan 35 kv-lıq yarımstansiya yenidən qurularaq istifadəyə verilmişdir. Xırdalan şəhərindəki 35 kv-lıq yarımstansiyanın inşası başa çatmış, hazırda avadanlıqların quraşdırılması həyata keçirilir. Xırdalan şəhərində Əlağa Vahid yarımstansiyası və digər inşa edilmiş iki 35 kv-lıq yarımstansiyaları birləşdirəcək dairəvi xəttin inşası başa çatmış, yarımstansiyaların istifadəyə verilməsi ilə dairəvi xəttin qoşulması təmin ediləcəkdir ki , bu da bir yarımstansiyada problem yaranan zaman digər yarımstansiyalardan elektrik enerjisinin verilməsini nəzərdə tutur. Hazırda Hökməli və Aşağı Güzdək qəsəbəsində bütünlüklə, Masazır kəndində isə 4 yerdə güc mərkəzi yaradılaraq 04 şəbəkə yenidən qurulur. Ümumilikdə Xırdalan Elektrik şəbəkəsi tərəfindən bu il 32 yeni transformator quraşdırılıb, 73 km uzunluğunda naqil yenisi ilə əvəz olunmuşdur. Bağlar Elektrik şəbəkəsi tərəfindən Novxanı kəndində yol kənarında olan xətlər yeraltı kabellərlə əvəz olunmuş, Mehdiabad yolunun üzərində və Məmmədli kəndində yeni Paylayıcı Qurğu inşa edilmiş, Digah qəsəbəsində yeni massivdə 0.4 şəbəkə yenidən qurulmuş, hazırda Fatmayı və Görədil kəndlərində 0.4 şəbəkənin yenidən qurulması işləri həyata keçirilməkdədir.
Məmmədli kəndində yeni yaşayış massivində şəbəkənin yenidən qurulması üçün sənədləşmə işləri başa çatmış, yaxın günlərdə bununla bağlı işlərə başlanılacaqdır.

Qeyd olundu ki, Abşeron Texniki İstismar Xidməti tərəfindən Saray qəsəbəsinin yeni yaşayış massivlərinə təbii qaz təchizatının yaxşılaşdırılması məqsədilə Ceyranbatan qəsəbəsindən 2050 metr uzunluğunda 315 mm və 325 mm diametrli boruları ilə yeni daşıyıcı qaz xətti çəkilərək istifadəyə verilmiş, Xırdalan, Masazır və digər ərazilərdə 10 yerdə tənzimləyici şkaf qoyulmuşdur.

Bundan əlavə, bu ilin iyul ayından Xırdalan şəhərinin su kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsinin icrasına başlanılmışdır. Hal-hazıradək podratçı təşkilatlar tərəfindən 38 km uzunluğunda içməli su, 16 km uzunluğunda isə kanalizasiya xəttinin çəkilişi işləri həyata keçirilmişdir. Hazırda işlər davam etdirilir. Novxanı kəndində magistral su-kanalizasiya xətlərinin çəkilişi işləri başa çatdırılaraq istismara verilmiş, hazırda xətt birləşmələrinin verilməsi işləri həyata keçirilir. Mehdiabad, Digah qəsəbələrində kanalizasiya, Qobustan və Pirəkəşkül kəndlərində isə içməli su xətlərinin yenilənməsi işlərinin davamına başlanılmışdır. Eyni zamanda Masazır və Novxanı kəndlərindən duz gölünə axıdılan çirkab suların qarşısının alınması məqsədilə kanalizasiya xətlərinin çəkilişi işləri də sürətlə davam etdirilir. Hörmətli başçı! Sizin tapşırığınız əsasında rayonun daxili imkanları hesabına 26-cı məhəllədə 350 metr uzunluğunda 300 mm diametrli boru ilə kanalizasiya xətti çəkilib istifadəyə verilmişdir ki, bu da yağış yağan zaman subasmanın qarşısının alınmasında çox böyük təsiri olmuşdur. Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik və Rayon Sukanal idarəsi ilə birgə 26-cı məhəllənin kanalizasiya sularının axıdıldığı nasosxanada əsaslı təmir işləri görülmüş, əlavə nasos quraşdırılmış və hazırda həmin nasosxananın “Azərsu” ASC-nin balansına götürülməsi ilə bağlı müvafiq iş aparılır. Abşeron Sukanal idarəsi tərəfindən 32 binanın, Bağlar zirzəmisində təmir-bərpa işləri aparılmışdır. Bağlar Sukanal idarəsi tərəfindən qışa hazırlıqla əlaqədar 15 siyirtmə quraşdırılmış, 54 su nasosu təmir olunmuşdur. 300 mm diametrli Saray-Novxanı su boru xəttinin 300 metrlik, 273 diametrli Fatmayı-Mehdiabad su boru xəttinin 100 paqometrlik qəzalı hissəsi təmir edilmişdir. Digah qəsəbəsində Bakıxanov küçəsində əvvəllər yarımçıq qalmış işlər davam etdirilərək ətraf ərazilərdə yaşayan əhalinin su təchizatı yaxşılaşdırılmışdır. Nəsimi küçəsindən mərkəzi kanalizasiyaya qoşulmaq üçün yeni şəbəkənin inşasına başlanılmışdır. Xətai küçəsində drenaj su xətlərinin və kanalizasiya boru xəttinin çəkilməsi üçün işlər aparılır. 28 May qəsəbəsi ilə üzbəüz Daşgil gölünün ətrafında olan evlərin subasması ilə əlaqədar, qeyd olunan ərazidə 315 mm diametrli 5.5 km uzunluğunda polietilen borularla xətt çəkilmiş və gölün səviyyəsindən 7 metr aşağıda 3 ədəd nasos quraşdırmaqla dairəvi tipli nasosxana inşa olunmuşdur. Nasosxana 2017-ci ilin sentyabr ayından istismar üçün Bakı Sukanal idarəsinin idarəçiliyinə verilmişdir. Görülmüş bu tədbirlər nəticəsində gölün səviyyəsi aşağı salınaraq stabil saxlanılmasına nail olunmuşdur. Bu onu deməyə əsas verir ki, qış dövründə göl ətrafında yerləşən evlərin subasma ilə bağlı heç bir problemi olmayacaqdır. Payız-qış mövsümündə ciddi problem yaşanan ərazilərdən biridə Mehdiabad qəsəbəsində yeni yaşayış massivi idi. Burada mövcud olan iki gölün yağış və kanalizasiya suları ilə əlaqədar daşması nəticəsində ətrafda olan yaşayış evləri subasmaya məruz qalırdı. Bununla da bağlı qısa bir müddət ərzində 400 metr xətt çəkilərək, göl üzərində nasos quraşdırılmışdır. Hazırda mövcud olan gölün səviyyəsi 2 metrdən çox aşağı düşmüş və ətrafda olan evlərin subasması aradan qaldırılmışdır. Rayonun Məmmədli kəndində yeni yaşayış massivində mövcud olan gölün daşması ilə əlaqədar həmin ərazidə 500 dən çox yaşayış evini və avtomobil yolunu su basırdı. Hörmətli başçı! Sizin aidiyyəti orqanlar qarşısında qaldırdığınız məsələnin nəticəsi olaraq 1000 mm diametrli 900 metrədək uzunluğunda xətt çəkilmiş və gölün səviyyəsi aşağı salınaraq, bununla bağlı ciddi problem tamamilə aradan qaldırılmışdır.

Məlumat verilib ki, cari il ərzində Ceyranbatan qəsəbəsində 12, Xırdalan şəhərində isə 8 çoxmənzilli yaşayış binası təmir olunmuş, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri birliyi tərəfindən 8 çoxmənzilli binanın yağış su ötürücü boruları təmir olunub, Sizin həyətdə sakinlərlə görüşünüz zamanı müraciətə uyğun olaraq verdiyiniz tapşırıq əsasında 27-ci məhəllənin 1 a saylı binası üçün yağış su ötürücü boruları alınıb yenilənmişdir. Ceyranbatan qəsəbəsinin 20 yanvar , Gündüz Abdullayev və Nizami küçələrində asfaltlama işləri həyata keçirilmişdir. Eyni zamanda Xırdalan şəhərində, Hökməli, Qobu, Masazır, Saray yaşayış məntəqələrinin bəzi küçələrində asfalt vurulmuşdur. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Mehdiabad-Digah-Məmmədli və Mehdiabad-Novxanı mərkəzi yolları əsaslı yenidən qurulmuşdur. Hazırda Ölkə Prezidentinin müvafiq Sərəncamları əsasında Xırdalan şəhərində 23 çoxmənzilli yaşayış binasında əsaslı təmir işlərinin həyata keçirilməsi üçün hazırlıq işləri görülür. Eyni zamanda qarşıdakı yanvar ayından Mehdiabad və Ceyranbatan qəsəbələrində 7 çoxmənzilli yaşayış binasında təmir işlərinin görülməsi üçün sənədləşmə işləri həyata keçirilir.

Diqqətə çatdırılıb ki, qış mövsümünə hazırlıqla bağlı bələdiyyələrə duz və qum tədarükü ilə bağlı müvafiq tapşırıqlar verilmiş və görülmüş işlərin vəziyyəti yerində araşdırılmışdır. İxtisaslaşdırılmış Təmir abadlıq idarəsi tərəfindən Xırdalan şəhəri üçün 50 ton duz, 30 kub qum tədarük olunmuşdur. Eyni zamanda bələdiyyələr tərəfindən Sarayda 5 ton duz, 10 kub qum, Ceyranbatanda 3 ton duz, 20 kub qum, Mehdiabadda 9 ton duz, Qobuda 5 ton duz, Güzdəkdə 10 ton duz, Aşağı Güzdəkdə 1 ton duz, 5 kub qum, Hökməlidə 5 ton duz, 8 ton duzla qarışıq qum , Digahda 5 ton duz, 5 kub qum, Masazırda 10 ton duz, Novxanıda 16 ton duz, Məmmədlidə 2 ton duz, 2 kub qum, Pirəkəşküldə 1 ton duz, 10 kub qum, Fatmayıda 8 ton duz, Görədildə 3.5 ton duz, 40 kub qum tədarük olunduğu müəyyən edilmişdir.

Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin istiliklə təchizatı məsələləri də diqqət mərəzində saxlanılır. Ümumilkdə ümumtəhsil məktəblərinin istiliklə təchizatında problemlər olmasa da təbii qazın təzyiqinin aşağı olduğu Xırdalan 1, 8, 9 saylı, Hökməli, Qobu 1 və 3 saylı, Saray 1 və 2, Masazır 2 saylı, Digah və Məmmədli tam orta məktəblərində istilik zəifdir.

Sonra Abşeron rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin müdiri Hüseyin Hüseyinov, Xırdalan enerji Təchizatı və Satışı idarəsinin rəisi Nemət Qasımov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

İclasa yekun vuran İ.Gülməmmədova qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

Eyni zamanda icra başçısı 2017-2018-ci illərin qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlərin vəziyyəti ilə əlaqədar Abşeron rayonunda görülən işlər və görülməsi nəzərdə tutulan işləri xüsusi vurğulayaraq bildirib ki, bu işlər yüksək səviyyədə həyata kecirilməli və sakinlərin qış fəsilində rahatlığı təmin edilməlidir.

Keçidlər