Abşeron RİH-in başçısı növbəti səyyar-qəbul görüş keçirib
Abşeronda ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Növbəti səyyar qəbul dekabrın 14-də Qobu qəsəbəsində kecirildi.
Qəbuldan önçə Abşeron RİH-in başçısı xanım İradə Gülməmmədova Qobu Xalçaçılıq emalatxanasında, xalçaçı sənətkarların iş şəraiti ilə tanış olub. Məlumat verildi ki, 700 illik tarixə malik Qobuda , xalçaçılıqla qədim zamanlardan məşğul olmuşlar və indi gənclər bu ənənəni davam etdirirlər. Yaradılmış şərait xalçaçılıq ənənələrini qoruyub saxlamağa və gənclərin yaradıcılığını inkişaf etdirməyə imkan verir.
Mədəniyyət mərkəzində baş tutan görüşdə rayon rəhbəri İradə Gülməmmədova , İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 230 nəfər qəsəbə sakini iştirak edirdilər.
Qəsəbə sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova qəsəbə sakinlərini salamlayaraq, onlarla keçirilən hər bir görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırdı. Rayon rəhbəri həmçinin qeyd etdi ki, son illər ərzinə qəsəbədə müasir mədəniyyət evi, musiqi məkəbi, kitabxana, bağça, səhiyyə oçağının tikilib istifadəyə verilməsi Qobululara daim diqqət və qayğının ayrıldığının təzahürüdür. Bütün bunlar qəsəbədə təlim–tərbiyənin, təhsilin, mədəni istirahətin normal həyata keçrilməsinə əlverişli şərait yaradır .
Daha sonra Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov çıxış edərək qəsəbədə görülən quruculuq və abadlıq işləri barədə ətraflı məlumat verdi.
Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildirdilər. Bununla yanaşı əhalinin təbii qazla fasiləsiz təmin olunmasına və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş etdilər.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran xanım İradə Gülməmmədova əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğuladı.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verildi.
Toplantıda Qobu qəsəbə 1 saylı tam orta məktəbin keçmiş direktoru, Əməkdar müəllim Cəbrayıl Cəfərquliyev Abşeronda təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyətinin başçısı tərəfində fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldı.
Görüşün yekununda xanım İradə Gülməmmədova bildirdi ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.
Tədbir iştirakçıları sonda foyedə qədim musiqi alətlərindən ibarət sərgi və qəsəbənin elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni tikilən 110/35/10 kV-lıq «Qobu» yarımstansiyasının maketi ilə tanış oldular.